31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən müntəzəm marşrutlar yanvarın 1-də saat 01:30-dək fəaliyyət göstərəcək. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, bayram günlərində xüsusilə Dənizkənarı Milli Park və şəhərin mərkəzi əraziləri istiqamətində Yeni il şənlikləri və atəşfəşanlıqla əlaqədar sərnişin axınının daha intensiv olacağı nəzərə alınaraq təhlükəsiz, rahat və fasiləsiz daşınmanın təmin edilməsi məqsədilə müntəzəm marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara müvafiq tapşırıqlar verilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 29 dekabr – 4 yanvar tarixlərində Azərbaycanın bütün avtovağzal və avtostansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, AYNA tərəfindən şəhərlərarası və rayonlararası marşrutlar üzrə fəaliyyət göstərən daşıyıcılara sərnişinlərin təhlükəsiz və fasiləsiz daşınmasının təmin edilməsi, kassalarda tariflərə uyğun olaraq biletlərin qanunamüvafiq qaydada satışı, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş hərəkət cədvəlinə ciddi riayət olunması barədə tapşırıqlar verilib.
Taksi buraxılış vəsiqəsi və buraxılış kartlarının alınması üçün 30 dekabr saat 23:59-dək müraciət olunmalıdır. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin (buraxılış kartlarının) say həddi 25 000 (iyirmi beş min kvota) müəyyən edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Gəncə, Tərtər-Kəlbəcər, Mingəçevir-İsmayıllı, Göyçay-Gəncə şəhərlərarası və Kuzunqışlaq kəndi – Qusar avtovağzalı, Əniq kəndi – Qusar avtovağzalı və Bağçakürd kəndi (Goranboy) – Gəncə (avtovağzal) istiqamətlərində avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Belə ki, Bakı-Gəncə marşrutu üzrə hüquqi şəxs “Uğurlu Yol 2023” MMC; Tərtər-Kəlbəcər marşrutu üzrə fiziki şəxs Əsədov Sevdimalı Hüseyn oğlu; Mingəçevir-İsmayıllı marşrutu üzrə fiziki şəxs İsgəndərov Niman Şükür oğlu; Göyçay-Gəncə üzrə fiziki şəxs Nəsirov Əhəd Oruc oğlu oğlu; Kuzunqışlaq kəndi – Qusar avtovağzalı və Əniq kəndi – Qusar avtovağzalı marşrutları üzrə fiziki şəxs Məhərrəmov Urxan Urfan oğlu; Bağçakürd kəndi (Goranboy) – Gəncə (avtovağzal) marşrutu üzrə fiziki şəxs Əsgərova Şəfa Məsud qızı qalib elan olunublar.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) tabeliyində “Albalılıq” avtoparkı MMC-nin nizamnaməsi və adı dəyişdirilib. Primeinfo.az xəbər verir ki, şirkətin adı “Nəqliyyat Təlim Mərkəzi” olub. Şirkət bundan sonra avtobus parkı olaraq deyil, nəqliyyat sahəsində təlimlərin təşkili üzrə fəaliyyət göstərəcək.
Bakının Xətai prospektində hərəkətin təkmilləşdirilməsi məqsədilə yeni layihənin icrasına başlanılır. Bu barədə Primeinfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Layihə çərçivəsində yolun həndəsi ölçülərindən optimal şəkildə istifadə olunmaqla hərəkət zolaqlarının sayı dəyişmədən yenidən bölgüsü aparılıb.
Ümumilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Bakıda Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Qeyd edilib ki, məhdudiyyət səbəbindən 3, 6, 10, 18, 31, 39, 53, 96 və 205 nömrəli müntəzəm marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Həsən bəy Zərdabi küçəsi ilə Heydər Hüseynov küçəsinin kəsişməsində mübahisəli vəziyyətin aradan qaldırılması, növbəli hərəkətin təşkili və piyadaların qeyd olunan küçələrdə təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi məqsədi ilə yeni layihə icra olunur. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, buna qədər Heydər Hüseynov küçəsindən metronun “20 Yanvar” stansiyası istiqamətində hərəkət olmadığından sürücülər bu küçədən gəlib sağa dönərək Məmmədşərif Həmidov küçəsini keçdikdən sonra geriyə dönmək məcburiyyətində qalırdılar.
Bakının Xətai rayonunun Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən 12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə veriləcək 18 yeni “Yutong” markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Paytaxtın Abbasqulu ağa Bakıxanov küçəsində hərəkətin yenidən təşkili ilə bağlı yeni layihə həyata keçiriləcək. Bu barədə Primeinfo.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Məlumata əsasən, bu küçədə darboğaz effekti nəqliyyat şəraitini çətinləşdirir.