8 Noyabr – Zəfər günü ilə bağlı paytaxtda təşkil ediləcək paradla əlaqədar Azadlıq Meydanındakı yeraltı avtodayanacağın fəaliyyəti müvəqqəti dayandırılacaq. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, noyabrın 3-dən 9-dək Zəfər paradına hazırlıq müddətində və bayram günündə yeraltı dayanacaq fəaliyyət göstərməyəcək.
Sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin artırılması və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə hazırda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən innovativ həllər üzərində iş aparılır. Primeinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a AYNA-dan bildirilib. Məlumata görə, AYNA MaaS (Mobility as a Service) mobil tətbiqi sayəsində istifadəçilər avtobusların gəliş vaxtını onlayn izləyə biləcəklər.
Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün AYNA tərəfindən sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, yeni zolaq artıq effektivliyini sübut etmiş Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına birləşdirilib.
Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib-düşürməsini təmin etmək məqsədilə xüsusi yerlərin yaradılması davam etdirilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, növbəti belə yerlər Nizami rayonunun Qara Qarayev prospektinin üç ünvanında – “8-ci kilometr bazarı”nın qarşısında, “Neftçilər” və “Xalqlar dostluğu” metrostansiyalarının çıxışında, eləcə də Nəsimi rayonunun Füzuli küçəsindəki “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun qarşısında təşkil edilib və müvafiq lövhə yerləşdirilib.
Qanunvericiliyin tələblərinə müvafiq olaraq taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətin tətbiqi ilə əlaqədar 60 gün öncədən məlumat verilməlidir. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, qeyd ediləni, eləcə də icazələrin verilməsinə kvotanın tətbiq edilməsi haqqında qərarın 1 noyabr tarixindən qüvvəyə minməsini nəzərə alaraq taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi 2025-ci il 31 dekabr tarixinə kimi davam edəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha 5 ünvanda minib-düşmə yeri yaradılıb. Primeinfo.az xəbər verir, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, məntəqələr A.M.Şərifzadə küçəsində Respublika Klinik Xəstəxanasının qarşısında, A.M.Şərifzadə küçəsində 2 nömrəli Bakı Baza Tibb Kollecinin qarşısında, A.M.Şərifzadə küçəsində “Kontakt Home”un qarşısında, A.M.Şərifzadə küçəsində “İrşad Telecom”un qarşısında və C.Cabbarlı küçəsində “Amber Hotel”in qarşısında yerləşəcək.
“Mehdiyev AMEA-da olanda, hətta bağında oturanda parlamentə, ictimai, siyasi, media sahəsinə müdaxilə edə bilərdi, bunun üçün əlində, çox güman, rıçaqları var idi. Amma, ölkədə iqtisadi vəziyyətə müdaxilə imkanlarının olduğunu düşünmürəm. Məmləkətin makro-iqtisadi mənzərəsi isə, yumşaq desəm, ürək açan deyil”.
Vətəndaşların Xırdalan şəhərindən paytaxtın “20 Yanvar” metrostansiyası istiqamətinə sürətli və rahat gedişlərini təmin etmək məqsədilə oktyabrın 17-dən E2 nömrəli ekspress marşrutu fəaliyyətə başlayacaq. AYNA-dan Primeinfo.az-a verilən məlumata görə, Xırdalan şəhərindən yola düşən avtobusların aralıq dayanacaq məntəqələri Abşeron rayon Sukanal İdarəsi, Heydər Əliyev prospektindəki AAAF və “Kristal Abşeron” yaşayış kompleksləri, Abşeron rayon Mədəniyyət Mərkəzi, Xırdalan şəhər 11 nömrəli tam orta məktəb, “20 Yanvar” metrostansiyası və Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi) təyin edilib. Qeyd olunan istiqamətdə avtobuslar saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Tələt Şıxəliyev küçəsində birtərəfli hərəkət təşkil edib. Primeinfo.az xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, vətəndaşlardan daxil olan müraciətlər əsasında AYNA-nın mütəxəssisləri təhlillər aparıblar, yolun həndəsi ölçüləri, parklanma tələbatı və hərəkət intensivliyi öyrənilib.
Tarif dəyişikliyinin şamil olunduğu avtobusların yeni siyahısı elan edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, dəyişiklik ölkə üzrə marşrut şəbəkəsinin 9%-ni, paytaxt üzrə isə 30%-ni əhatə edir.