Borcunu ödəməyənlərə ölkədən çıxış qadağası tətbiq oluna bilər Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Layihəyə əsasən, gömrük orqanlarının strukturuna dair müddəaların təkmilləşdirilməsi, həmçinin qurum üçün bir sıra yeni vəzifə və hüquqların müəyyən edilməsi nəzərdə tutulur. Sənədə görə, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədiyi halda, borcun ödənilməsini təmin etmək məqsədilə gömrük orqanlarına mühüm səlahiyyət verilir.
2026-cı ilin 1 aprel tarixinə dövlət zəmanətli borcun məbləği (daxili və xarici borc) 6 milyard 762,4 milyon manat və ya 2026-cı il üzrə proqnozlaşdırılan ÜDM-in 5,2 faizini təşkil edib. Primeinfo.az Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, dövlət zəmanətinin 5 milyard 186 milyon manatı (3 milyard 50,6 milyon dollar) və ya 76,7 faizi xarici dövlət zəmanətli kreditlərin, 1 milyard 576,4 milyon manatı və ya 23,3 faizi isə daxili dövlət zəmanətli kreditlərin payına düşür. Xarici dövlət zəmanətli borcun əhəmiyyətli dərəcədə azalması “Cənub Qaz Dəhlizi” QSC tərəfindən dövlət zəmanəti ilə cəlb edilmiş 2,000 milyon dollar məbləğində xarici valyuta nominallı istiqrazların geri qaytarılması hesabına olub.
Faiz müqabilində borc verilməsi ilə bağlı münasibətlər ilk baxışdan sadə görünsə də, praktikada vətəndaşlar üçün ciddi hüquqi risklər yarada bilər. Bu barədə Primeinfo.az-a Ali Məhkəmədən məlumat verilib. Bildirilib ki, buna görə də belə əməliyyatlara başlamazdan əvvəl bəzi vacib məqamları nəzərə almaq tövsiyə olunur.
Azərbaycanın ümumi dövlət borcu 25 milyard 987,5 milyon manat olub və bunun 8 milyard 183 milyon manatını (4 milyard 813,5 milyon dollar) xarici dövlət borcu təşkil edib. Primeinfo.az xəbər verir ki, xarici dövlət borcun ən böyük hissəsi Asiya İnkişaf Bankından alınan kreditlərin payına düşüb. Bu quruma olan borc 1 milyard 702,9 milyon dollar (2 milyard 894,9 milyon manat) səviyyəsindədir.
Qəbələdə qazdan istifadəyə görə borc yazılıb, sayğacda isə başqa rəqəm qeyd olunub. Primeinfo.az xəbər verir ki, Qəbələ şəhərində yaşayan Tofiq İbrahimova 2024-cü ilin noyabr ayında qaz istifadəsinə görə 495 manat 85 qəpik borc yazılıb. Abonent deyir ki, sayğacın son göstəricisi 7991-dir və artıq bir il üç aydır ki qazdan istifadə etsə də, hələ də bu rəqəmə çatmayıb.
Qərbi Kaspi Universitetinin dövlət qarşısında vergi borcu üzə çıxıb. Primeinfo.az İqtisadiyyat.az-a istinadla xəbər verir ki, özəl təhsil müəssisəsinin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə vergi borcunun yığıldığı məlum olub. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, bu borcun miqdarı 17 791.13 manat təşkil edir.
Gürcüstan uzun illər ərzində Azərbaycan, Rusiya və Ermənistana olan borcunu avqustda tam ödəyib. Primeinfo.az xəbər verir ki, bu barədə məlumatı Gürcüstanın Maliyyə Nazirliyinə istinadən TASS yayıb. Bildirilib ki, Gürcüstanın son dövrlərdə Azərbaycan və Ermənistana borcu təqribən eyni olub və 1 milyon dollardan az təşkil edib.