Xəbər axtarın

Son axtarış nəticələri:

Putin Əraqçi ilə görüşüb

27.04.2026 18:04

Putin Əraqçi ilə görüşüb

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda İranın xarici işlər naziri Abbas Əraqçi ilə görüşüb.

Primeinfo.az bu barədə Rusiya mediasına istinadən xəbər verir ki, görüşdə Putinə İranın Ali Rəhbəri Müctəba Xameidən mesaj çatdırılıb.

Yeltsin adına Prezident Kitabxanasının Petrovski zalında keçirilən görüşdə Rusiya tərəfdən xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, həmçinin Silahlı Qüvvələrin Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov iştirak ediblər.

Görüşdə Putin bildirib ki, Moskva Tehranla strateji münasibətlərin inkişafını davam etdirmək niyyətindədir.

“Buna görə (İranın Ali Rəhbəri Müctəba Xamenei tərəfindən göndərilən mesaja görə) ən səmimi təşəkkürümü çatdırmağınızı xahiş edirəm və təsdiqləmək istəyirəm ki, Rusiya da İran kimi strateji münasibətlərimizi davam etdirmək niyyətindədir”, – deyə Rusiya lideri Abbas Əraqçi ilə görüşdə qeyd edib.

Paylaş: