
Rahat və təhlükəsiz hərəkətin təmin olunması məqsədilə 28 aprel saat 00:00-dan etibarən Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissədə (“Ulduz” metrostansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Primeinfo.az-a verilən məlumata görə, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.
Sürücülərə hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunub.