Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

28.04.2026 14:10

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 2 və 3 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.

Bu barədə Primeinfo.az-a ADY-dən məlumat verilib.

“Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz”, – deyə bildirilib.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi - CƏDVƏL

Paylaş: