Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: erdoğan

Ərdoğan Gürcüstanın Baş naziri ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri Kobaxidze ilə telefonla danışıb. Primeinfo.az xəbər verir ki, telefon danışığı zamanı Gürcüstanda qəzaya uğrayan hərbi yük təyyarəsinin ətrafında aparılan axtarış-xilasetmə işləri müzakirə edilib.

Kavelaşvili Ərdoğana başsağlığı verib

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili təyyarə qəzası ilə bağlı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Primeinfo.az xəbər verir ki, o, “X” hesabında dəhşətli faciənin Gürcüstana böyük kədər gətirdiyini bildirib. “Bu ağrılı və çətin anlarda Türkiyə xalqı ilə sarsılmaz həmrəyliyimizi ifadə edirik”, – Kavelaşvili yazıb.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Primeinfo.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

Ərdoğandan İlham Əliyevə Zəfər TƏBRİKİ

“Bir millət, iki dövlət” prinsipi ilə qurulmuş yüksəksəviyyəli münasibətlərimiz və öz gücünü ortaq taleyimizdən alan sarsılmaz qardaşlıq bağlarımız keçmişdə olduğu kimi, bu gün də möhkəmlənməkdə davam edir”.

Dəmirtaş azadlığa buraxılır? - Ərdoğandan CAVAB

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində çıxardığı hökmə münasibət bildirib. Primeinfo.az bu barədə Haberler.com-a istinadən məlumat verir. R.T.Ərdoğan qeyd edib ki, Türkiyə məhkəmə sistemi bu məsələdə nə desə, o da tətbiq ediləcək.