Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Kansleri Fridrix Merts Ankarada qapalı formatda danışıqlara başlayıblar. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident administrasiyası məlumat yayıb. Bildirilib ki, bu, Fridrix Mertsin kansler qismində Türkiyəyə ilk səfəridir.
Ukrayna Prezidenti Volodimir Zelenski Cümhuriyyət Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını təbrik edib. Primeinfo.az xəbər verir ki, Ukrayna lideri bu barədə özünün “X” sosial media hesabında türkcə paylaşım edib. V.Zelenski Ukraynanın Türkiyə ilə dostluq və səmimiyyətə əsaslanan münasibətlərini, eləcə də Qara dəniz bölgəsinin təhlükəsizliyi naminə həyata keçirilən əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.
Türkiyə silah ixracatının həcminə görə dünyada 11-ci yerə çıxıb. Türkiyənin müdafiə sənayesi məhsulları 180 ölkəyə ixrac olunur. Lakin biz nail olduğumuzla kifayətlənməyəcəyik və müdafiə sektorunda idxaldan asılılığımızı tamamilə aradan qaldırmağı hədəfləyirik.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətindəki güclü zəlzələ ilə bağlı X səhifəsində açıqlama yayıb.
Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan gələn ilin yazında İrəvanda keçiriləcək “Avropa Siyasi Birliyi”nin sammitinə dəvət olunublar.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hasan Basri Yalçın Rusiya–Ukrayna münasibətlərində Prezident Rəcəb Tayyib Ərdoğanın rolundan danışıb. Primeinfo.az-ın məlumatına görə, Yalçın hər iki ölkənin həm Rusiya, həm də Ukraynanın Ərdoğana böyük etimad göstərdiyini bildirib. “Ukrayna məsələsinin həlli asan deyil.
“Türkiyə Qəzzada atəşkəsin əldə edilməsi üçün əlindən gələni etməkdə davam edir”.
Omanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Oman Sultanı Heytəm bin Tariq Əl Səidlə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Bildirilib ki, görüş zamanı Türkiyə ilə Oman arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Sani ilə görüşüb. Primeinfo.az xəbər verir ki, bu barədə ərəb liderinin ofisinin saytı məlumat yayıb. Görüş zamanı tərəflər müdafiə, investisiya və enerji sahələrində əməkdaşlığı müzakirə ediblər, habelə Qəzza zolağındakı vəziyyətə də toxunublar.
Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitində maraqlı anlar yaşanıb. Primeinfo.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yaxınlaşaraq, onlarla səmimi şəkildə görüşərək, sağollaşıb. Həmin görüntüləri təqdim edirik: https://www.youtube.com/shorts/vO-asDR_rK4