Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: fhn

Lənkəranda evdə yanğın olub

Lənkəranda fərdi yaşayış evində yanğın baş verib. Primeinfo.az xəbərə görə yanğın hadisəsi Lənkəran rayonunun Şıxakəran kəndində bir evdə qeydə alınıb. İlkin məlumata görə Samir adlı kənd sakininə məxsus olan ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Bakıda restoranda yanğın olub

Bakıda restoranda yanğın olub. Fövqəladə Hallar Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 220 m² olan restoranın mətbəxində 1 ədəd kondisioner və 2 ədəd soyuducu yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

FHN-dən maarifləndirici tədbir - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 3 nömrəli xüsusi təhsil məktəbində “Fövqəladə hallar zamanı davranış qaydaları” mövzusunda tədbir keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Tədbirin keçirilməsində məqsəd məktəbin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı davranış qaydalarının aşılanması olub.

Son 9 ayda ölkədə 34 partlayış baş verib

2025-ci ilin 9 ayı ərzində respublika ərazisində 34 partlayış hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, Bu da 2024-cü ilin 9 ayı ilə müqayisədə 13 hadisə və ya 28% azdır.

Bakıda 10 qumbara aşkar edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu ərazisində sursat aşkar edilməsi barədə məlumat daxil olub. Nazirliyin Mətbuat xidmətindən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 10 ədəd F-1 əl qumbarası, 1 qutu F-1 və RQD-5 əl qumbaralarının parladıcıları olduğu müəyyən edilib.

Bakıda kanalizasiya quyusuna yıxılan şəxs belə çıxarıldı - VİDEO

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1984-cü il təvəllüdlü Nəbiyev Rövşən Feyruz oğlu dərinliyi təqribən 15 metr olan kanalizasiya quyusuna yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb və köməksiz vəziyyətdə qalıb.

FHN bayramda gücləndirilmiş rejimdə çalışacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Balakəndə məktəb binasında yanğın olub

Balakən şəhərində yerləşən N. Gəncəvi adına 1 saylı tam orta məktəbdə yanğın baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə bu gün günorta saatlarında məktəb binasının daxili pilləkən qəfəsində qeydə alınıb.

Sumqayıtda yaşayış binası yanıb

Sumqayıtda doqquzmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə Primeinfo.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, şəhərdə doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan 4 otaqlı mənzilin dəhlizinin yanar konstruksiyaları 15 m² sahədə yanıb.