Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: fhn

Qalada yük maşını qatara çırpılıb, xəsarət alan var - VİDEO - YENİLƏNİB

Qala qəsəbəsində yük maşını qatara çırpılıb. Fövqəladə Hallar Nazirliyindən Primeinfo.az-a verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Yevlaxda kafedə yanğın olub

Yevlax şəhərində kafedə partlayışla nəticələnən yanğın baş verib. Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Aran qəsəbəsində qeydə alınıb. İlkin ehtimala əsasən, yanğın qaz balonunun partlaması nəticəsində baş verib.

Tonqaldan atılarkən ehtiyatlı olun! - FHN-dən əhaliyə ÇAĞIRIŞ

Fövqəladə Hallar Nazirliyi Novruz çərşənbəsi ilə bağlı əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Bu gündən xalqımız milli-mənəvi dəyərlərimizi özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır. Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə arzuolunmaz və acı nəticələrə yol aça bilər”.

Bakıda gül mağazasında partlayış - FOTO- VİDEO

Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsində mağazada yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Faciədən saniyələr əvvəl... - VİDEO

Xidmət zamanı avtomobil vuran Fövqəladə Hallar Nazirliyi (FHN) əməkdaşlarının hadisədən bir neçə dəqiqə əvvəl çəkilmiş görüntüləri yayılıb. Primeinfo.az  xəbər verir ki, FHN-in əməliyyat videosundan da məlum olur ki, Ələt–Astara magistral yolundakı yanğın yerinə cəlb edilən yanğınsöndürənlər yük avtomobilini söndürməyə çalışırlar. Bu zaman maşın ətrafında qatı tüstü müşahidə edilir.

FHN hava ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi bəzi ərazilərdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Primeinfo.az-a FHN-in mətbuat xidmətindən verilib. Bildiirlib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 20-si səhərədək bəzi ərazilərdə güclü külək əsəcəyi, hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi və ayrı-ayrı yerlərdə intensiv olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 4-6 dərəcə enəcəyi proqnozlaşdırılır.

Bakıda yanğın təhlükəli restoranın fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Nazirliyin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əlişir Nəvai küçəsi, ev 33 ünvanında yerləşən “Yuxa” restoranında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki: – obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud olan qurğu isə nasazdır; – elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib; – obyekt odsöndürən balonlarla tam təmin olunmayıb; – obyektin bəzi daxili divarları yanar materiallarla üzlənilib; – mətbəxdə quraşdırılmış tüstü bacasının təmizlənməsi barədə akt təqdim edilməyib; – yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb; – obyektdə köçürmə yolunu göstərən nişanlar mövcud deyil; – obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi və layihə sənədləri təqdim edilməyib.

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olunub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Xətai rayonu, M.Hadi küçəsi, 68A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən Primeinfo.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə, o cümlədən mənzilə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.