Bu ilin ilk 3 ayı ərzində yol qəzalarında həlak olan sürücü və sərnişinlərin 33,6 faizi, yaralananların isə 29,1 faizi təhlükəsizlik kəmərini bağlamayan şəxslər olub. Primeinfo.az xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin yaydığı məlumatda bildirilib. “Qanunvericiliyin tələbinə əsasən, bir neçə hal istisna olmaqla, sürücü və sərnişinlər avtomobildə təhlükəsizlik kəmərini bağlamalıdır.
Xaçmazda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Primeinfo.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Həsənqala kəndi ərazisində baş verib. Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yolu keçmək istəyən 1990-cı il təvəllüdlü Cəlilov İzzət Saleh oğlunu vurub.
Ermənistanın baş naziri Nikol Paşinyanın kortejini müşayiət edən avtobus yol-nəqliyyat hadisəsi törədib. Primeinfo.az Musavat.com-a istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər həyatını itirib, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Xəzər rayonu, Aeroport şosesində yol hərəkəti qaydalarına əməl etməyən sürücü qəza törədib. Primeinfo.az-a bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, hər hansısa bir sürücü yolda sürət həddini aşırsa, təhlükəli manevrlər edirsə, düzgün ara məsafəsi saxlamırsa, digərlərindən irəli düşmək üçün yollarda təhlükəli vəziyyət yaradırsa, bu artıq həm özünün, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real riskdir: “Belə davranışlar yol hərəkəti qaydalarının kobud şəkildə pozulması olmaqla yanaşı, inzibati məsuliyyətə, ağır nəticələrə səbəb olduqda isə cinayət məsuliyyəti yaradır.
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Priminfo.az-ın Oxu.Az-a istinadən məlumatına görə, hadisə bu gün saat 5 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Topçu kəndi ərazisindən keçən hissəsində baş verib. Nicat Əsgərovun idarə etdiyi VAZ-2115 markalı avtomobil yoldan çıxaraq aşıb.
Zərdabda yol qəzası olub, ölən və xəsarət alan var. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əlvəd kəndi ərazisində qeydə alınıb. Belə ki, “Hyundai Santa Fe” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb.
Martın 23-də Kolumbiyada hərbi uçaq qəzaya uğrayıb. 66 nəfər həlak olub, dörd nəfər itkin düşüb. Primeinfo.az xəbər verir ki, təyyarədəki 128 nəfərin 11-i Hava Qüvvələri üzvləri, 115-i hərbçilər, ikisi polis zabiti olub.
Qətərdə hərbi helikopterin qəzaya uğraması nəticəsində 7 nəfər həlak olub.
Naxçıvanda ağır yol-nəqliyyat hadisəsi bir ailənin 4 üzvünün xəsarət almasına səbəb olub. Primeinfo.az xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunun 30-cu kilometrliyində baş verib. 72-BF-530 dövlət nömrə nişanlı “Renault Megan” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kanala düşüb.
Bakının Qara Qarayev prospektində baş verən qəza nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb. Primeinfo.az xəbər verir ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Toyota Corolla”, “Hyundai” və “Toyota Prius” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və “Toyota Prius” markalı minik avtomobilində vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.