Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: qəza

“Toyota” yoldan çıxaraq supermarketə girdi - VİDEO

Bakı-Şamaxı yolunun Abşeron rayonundan keçən hissəsində ağır qəza olub. Primeinfo.az xəbər verir ki, gecə saatlarında “Toyota” markalı 90-YK-749 dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq supermarketə çırpılıb. Hadisənin yolun sürüşkən olması səbəbindən baş verdiyi bildirilir.

62 yaşlı kişini maşın vurub öldürdü

Cəlilabadda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Primeinfo.az xəbər verir ki hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Məlumata görə “Qazel” markalı yük avtomobili kənd sakini 1964-cü il təvəllüdlü İmanov Şirxan Rəşid oğlunu vurub.

Kadırovun oğlu qəzaya düşdü - Vəziyyəti ağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Adəm Kadırovun olduğu kortej Qroznıda qəzaya uğrayıb. Primeinfo.az xəbər verir ki, bu barədə teleqram kanallarında məlumat yayılıb. Bildirilib ki, hadisə nəticəsində yaralanan Adəm Kadırov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

İsrailə məxsus helikopter qəzaya düşdü

İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) helikopteri daşınma zamanı havada kanatın qırılması səbəbindən qəzaya düşüb. Primeinfo.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Mətbuat xidməti məlumat yayıb. Bunun çoxməqsədli “Yanşuf” helikopteri (“UH-60 Black Hawk” helikopterlərinin İsrail modifikasiyası – red.) olduğu bildirilir.

Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı

Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunda avtomobilin qaz xəttinə çırpılması nəticəsində beş kənd qazsız qalıb. Primeinfo.az xəbər verir ki, Culfa rayon Milax kəndində avtomobil d-100 mm-lik orta təzyiqli qaz xəttində qəza törədib. Təhlükəsizlik səbəbilə rayonun beş kəndində (Milax, Teyvaz, Ərəfədə, Ləkətağ və Boyəhməd ) 545 abonentin təbii qaz təchizatı dayandırılıb.

İrana məxsus yük gəmisi Xəzərdə qəzaya uğrayıb

Xəzər dənizində İrana məxsus yük gəmisi qəzaya uğrayıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkmənistanın XİN məlumat yayıb. Bildirilib ki, yanvarın 14-də Türkmənistanın Sahil Mühafizə xidmətinə Xəzərdə qəzaya uğramış “Rona” yük gəmisindən SOS siqnalı daxil olub.

Naxçıvanda qəza: 4 nəfər xəsarət aldı

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb. Primeinfo.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev prospektində baş verib. 85-AD-506 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobillə 69-BF-990 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Aeroport yolunda sürücü diqqətsizliyi hərəkəti iflic etdi - VİDEO

Yanvarın 10-u saat 15 radələrində aeroport şosesində yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən metronun “Koroğlu” stansiyası, mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Ötən il Azərbaycanda 1252 avtoqəza olub, 689 nəfər ölüb

2025-ci ildə ölkə ərazisində 1252 yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Primeinfo.az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev məlumat verib. Onun sözlərinə görə, bu hadisələr nəticəsində 689 nəfər ölüb.