Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Nazir Əhmədli: “Bu, Türkiyənin böyük diplomatik qələbəsi idi” - VİDEO

“ABŞ prezidenti Donald Trampın Ağ evdə Suriyanın Prezidenti Əhməd Əl Şaraanı qəbul etməsi Türkiyənin çox böyük diplomatik qələbəsi idi”. Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində tədqiqatçı-alim Nazir Əhmədli bildirib. O, Türkiyə-İran münasibətlərini şərh edib.

Virat gəmisi Türkiyəyə aparılır

Ötən gecə Qara dənizdə partlayışın baş verdiyi VİRAT gəmisi Türkiyəyə aparılır. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Dənizçilik Baş İdarəsindən bildirilib Qeyd olunub ki, gəminin təhlükəsiz yerə aparılması işlərinə bu gün saat 17:45-də (Türkiyə vaxtı ilə) başlanılıb. Gəminin dekabrın 1-də günorta saat 1 radələrində Türkiyəyə çatacağı bildirilir.

Roma Papası Sultan Əhməd məscidini ziyarət etdi

Türkiyədə səfərdə olan Roma Papası XIV Leo Sultan Əhməd məscidini və Yeşilköydə yerləşən Mor Efrem Süryani Kadim Ortodoks Kilsəsini ziyarət edib. Primeinfo.az Haber Global-a istinadən xəbər verir ki, ziyarət zamanı XIV Leo-ya məscidin tarixi və memarlığı izah edilib. Papa XIV Leo ilk dəfə bu məscidə gəldiyini və bu vəzifəyə təyin olunduqdan sonra ziyarət etdiyi ilk məscidin Sultan Əhməd məscidi olduğunu qeyd edib.

Türkiyədə azərbaycanlı kişinin meyiti tapıldı

Türkiyədə azərbaycanlı kişinin meyiti tapıldı. Primeinfo.az lent.az-a istinadən xəbər verir ki, hadisə Antalyanın Fikine qəsəbəsindəki binalardan birində qeydə alınıb. Binanın birinci mərtəbəsindən kəskin qoxu hiss edən sakinlər polisə məlumat veriblər.

Qara dənizdə daha bir tanker zərbə alıb: 20 nəfər təxliyə edilib

Qara dənizdə “VİRAT” adlı tanker zərbə alıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Gəmiçilik Baş İdarəsi məlumat yayıb. Bildirilib ki, tanker 35 dəniz mili məsafədə ikən zərbə aldığı barədə məlumat verib, dərhal xilasedicilər və bir gəmi əraziyə yönləndirilib.

Türkiyə və Ermənistan Gümrü-Qars dəmir yolunu müzakirə edib

Türkiyə və Ermənistan nümayəndələri Gümrü-Qars dəmir yolunun bərpasını müzakirə ediblər. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Qeyd olunub ki, bu gün Ermənistanla Türkiyənin müvafiq idarələrinin nümayəndələri iki ölkə arasındakı Akyaka-Axurik sərhəd keçid məntəqəsində və Gümrü şəhərində görüşüblər.

Sergey Narışkin Türkiyəyə səfər edib

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Türkiyə paytaxtına işgüzar səfər edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri məlumat yayıb. Bildirilib ki, səfər zamanı görüşlərdə Ukraynadakı hərbi münaqişənin həlli müzakirə olunub.