Avropa İttifaqı Türkiyəyə ilk hərbi müşavir təyin edib. Primeinfo.az xəbər verir ki, bu barədə mənbələr “Middle East Eye”a bildirib. Qeyd edilib ki, Avropa İttifaqı bu ayın əvvəlində ilk dəfə olaraq Türkiyədəki missiyasına hərbi müşavir təyin edib.
Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin cənazələri bu gün Tbilisinin Şota Rustaveli hava limanından Türkiyəyə göndərilir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin bu günədək həllini tapmamasının əsas səbəbini açıqlayıb. Primeinfo.az xəbər verir ki, Ərdoğan bildirib ki, Rum tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu qəbul etməməsi adada problemli vəziyyətin hökum sürməsinə səbəb olub. “Kipr məsələsinin bu günədək həll olunmamasının kökündə Rum tərəfinin Kipr türklərinin bərabər beynəlxalq statusunu rədd etməsi dayanır”, – Ərdoğan vurğulayıb.
Azərbaycan millisinin formasını geyinmiş Mərt Çelik futboldan kənarlaşdırılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Futbolçunun əzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub.
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan C-130 hərbi yük təyyarəsi ilə bağlı verilən bütün sualları cavablandırıb. Primeinfo.az Modern.az-a istinadən xəbər verir ki, Milli Müdafiə Nazirliyinin açıqlamasında bir sıra suallara aydınlıq gətirilib: – 11 noyabrda Hərbi Hava Qüvvələri Komandanlığının 12-ci Hava Nəqliyyatı Əsas Baza Komandanlığına məxsus, 68-1609 nömrəli C-130E nəqliyyat təyyarəmiz saat 09:02-də Kayseridən Gəncəyə şəxsi heyət və təchizat daşımaq üçün havaya qalxıb. Saat 11:06-da Gəncəyə təhlükəsiz şəkildə eniş edib.
Gürcüstanda qəzaya uğrayan C-130 tipli hərbi yük təyyarəsinə bir ay bundan əvvəl texniki baxış keçirilib Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinə bir ay bundan əvvəl texniki baxış keçirilib. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub. Bildirilib ki, sözügedən təyyarələrin texniki baxışları Türkiyə tərəfindən mütəmadi şəkildə həyata keçirilir: “C-130 tipli təyyarələr hazırda 70-dən çox ölkədə aktiv istifadə olunur.
Azərbaycanın tanınmış jurnalisti, “Euronews” telekanalının müxbiri Türkiyədə yol-nəqliyyat hadisəsi nəticəsində faciəvi şəkildə həyatını itirib. Primeinfo.az xəbər verir ki, bu barədə “Trend”ə jurnalistin yaxınları məlumat verib. Emin İbrahimov Azərbaycan jurnalistikasının ən parlaq nümayəndələrindən biri olub.
Gürcüstanda qəzaya uğrayan Türkiyənin C130 təyyarəsinin qalıqlarının axtarışları başa çatıb. Axtarışlar nəticəsində 20-ci şəhidin də nəşi aşkar olunub.
Türkiyə musiqi sənətinin tanınmış siması Muazzez Abacı 78 yaşında, öz doğum günündə vəfat edib. Primeinfo.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb. Bildirilib ki, sənətçi bir neçə gün əvvəl qəfil ürəktutması səbəbindən xəstəxanaya yerləşdirilmişdi.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalını evində ziyarət edib. Primeinfo.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Görüş Ankarada, Bağçalının Türkmənbəyi küçəsində yerləşən iqamətgahında baş tutub.