Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyə PA-dan Hindistan KİV-lərinə sərt reaksiya - FOTO

Hindistan KİV-lərində Türkiyənin terror təşkilatlarına dəstək verdiyi barədə yayılan xəbərlər iki ölkə arasındakı münasibətlərə xələl vurmaq məqsədi daşıyır. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Bildirilib ki, bəzi Hindistan mediasında Türkiyənin Hindistandakı terror aktları ilə əlaqəli olduğu barədə iddialar əsassızdır: “Türkiyə harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq bütün terror aktlarını qətiyyətlə pisləyir və beynəlxalq əməkdaşlıqla terrorla mübarizədə öncül rol oynayır.

Türkiyədə 5 bal gücündə zəlzələ oldu

Aralıq dənizində 5,4 maqnitudalı zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.  

Ərdoğandan qəza ilə bağlı yeni açıqlama: Araşdırırıq...

Biz əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə, sonra isə Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə telefonla danışdıq. Millətimizlə bərabər azərbaycanlı qardaşlarımızı və gürcü dostlarımızı da dərindən kədərləndirən bu faciəli hadisəni hərtərəfli araşdırırıq. Gürcüstanın hökumət orqanları bu prosesdə ən yüksək səviyyədə yardım və əməkdaşlığı təmin edir.

Qəzaya uğrayan təyyarə Azərbaycan əsgərləri üçün qayıdacaqmış

Gürcüstanda qəzaya uğrayan Türkiyənin C-130 təyyarəsi Kayseridə enəndən və yükünü boşaldandan sonra Azərbaycan əsgərlərini gətirmək üçün Gəncəyə geri qayıdacaqmış. Primeinfo.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “CNN Türk”ün xəbər koordinatoru İdris Arıkan canlı efirdə deyib. O bildirib ki, buna görə də yanlış olaraq təyyarədə azərbaycanlı hərbçilərin də olduğu xəbəri yayılıb.

Türkiyə təyyarənin qəzaya uğradığı yerə PUA göndərir

Türkiyə, C-130 karqo təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı axtarış-xilasetmə işləri üçün bölgəyə Akıncı Hücum Tipli Pilotsuz Uçuş Aparatı (PUA) göndərib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, PUA yaxın saatlarda axtarışlara qoşulacaq. Qeyd edək ki, Akıncı PUA 2024-cü ildə İran prezidentinə məxsus təyyarənin qəzaya uğraması zamanı da xilasetmə əməliyyatlarında istifadə olunub və qalıqların tapılmasında mühüm rol oynayıb.

AFAD təyyarə qəzasının baş verdiyi əraziyə getdi

Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) axtarış-xilasetmə qrupları Gürcüstana yollanıb. Primeinfo.az xəbər verir ki, bu barədə qurumdan bildirilib. Qeyd olunub ki, təyyarənin qəzaya uğradığı bölgənin dağlıq ərazi olmasını nəzərə alaraq, xüsusi xilasetmə qrupu Gürcüstana yola düşüb.