Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan futbol yığması İrlandiyaya 16:0 UDUZUB

28.09.2026 20:32

Azərbaycan futbol yığması İrlandiyaya 16:0 UDUZUB

17 yaşadək qızlardan ibarət Azərbaycan futbol millisi növbəti matçını keçirib.

Primeinfo.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində İrlandiya ilə qarşılaşıb.

Görüş komandamız üçün faciəvi sonluqla yekunlaşıb. Təmsilçilərimiz ilk hissədə 9, ikinci yarıda 7 qol buraxıblar.

Matç rəqibin 16:0 hesablı qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, bu, seçmə mərhələsinin I turunun oyunu olub.

Paylaş: