
“Bunu bizdə bəziləri deməkdən çəkinir, amma Paşinyanı Rusiyadan və radikallardan qorumaq lazımdır. Bizim ticari əməkdaşlığımızın bir məqsədi də buna xidmət edir. Paşinyanın mövqeləri möhkəmlənməli və münasibətlərlə bağlı cəmiyyətini inandırmalıdır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Politoloq əlavə edib ki, artıq yeni dövr başlayıb: “Sülh quruculuğunu davam etdirməliyik və Paşinyan hakimiyyətdə olduğu dövrdə bu məsələləri bitirə bilərik”.
Davamı “Qırmızı masa”da: