
İran Prezidenti Məsud Pezeşkian və Ermənistanın Baş naziri Nikol Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində görüş keçiriblər.
Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər Ermənistan-İran ticari-iqtisadi əlaqələrinin cari vəziyyətini və onların gələcək inkişaf perspektivlərini nəzərdən keçiriblər. N.Paşinyan Ermənistan və İran arasındakı əməkdaşlığın müsbət istiqamətdə inkişaf etdiyini, müxtəlif sahələrdə ortaq layihələrin həyata keçirildiyini qeyd edib.
İki ölkə liderləri regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıb və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
