Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO 

01.05.2026 13:12

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO 

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri mayın 1-də Xocalıya səfər ediblər. Nümayəndə heyətinə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəhbərlik edir.

Primeinfo.az bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Qonaqları Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonaqlar əvvəlcə Xocalı şəhərində yerləşən Xocalı Soyqırımı Memorial kompleksini ziyarət ediblər.

E. Yusubov qonaqlara Memorial kompleksin tikintisi, aparılan abadlıq və quruculuq işləri haqqında informasiyaları təqdim edib, eyni zamanda xarici diplomatlara 1992-ci ildə ermənilər tərəfindən həyata keçirilmiş işğalçılıq siyasəti və Xocalı qətliamı barədə də ətraflı məlumat verilib. Sonra qonaqlara azad edilmiş ərazilərdə infrastrukturun bərpası, yaşayış məntəqələrinin yenidən qurulması və əhalinin doğma torpaqlarına qayıdışını təmin edən Böyük Qayıdış proqramının icrası barədə geniş məlumat verilib.

Qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzura ikigünlük səfərdə ümumilikdə 62 ölkə və beynəlxalq təşkilatın 150-dən çox səfiri, diplomatı, hərbi attaşesi və digər nümayəndəsi iştirak edir.

Diplomatik korpusu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Daha sonra isə Xocalı soyqırımı Memorial Kompleksini ziyarət ediblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, qonaqlara memorial kompleks barədə ətraflı məlumat verilib.E.Yusubov bildirib ki, Xocalı Soyqırımı Memorial Kompleksi, Prezident İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Qeyd olunub ki, memorial layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış konsepsiya əsasında həyata keçirilib. Kompleksi dörd tərəfdən əhatə edən monolit konstruksiya, Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib.
Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ekspozisiya zalları yaradılıb. Ziyarətçiləri “Faciənin siması” adlı instalyasiya qarşılayır. Rəşad Ələkbərov və Azər Rüstəmovun müəllifliyi ilə hazırlanan instalyasiya 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş faciə zamanı həlak olmuş dinc sakinləri və məhv edilmiş ailələri bədii formada əks etdirir.
Memorialın tavan hissəsində yerləşdirilən uçan göyərçin maketləri isə Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiramın və sülh arzusunun rəmzi kimi təqdim olunur.

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO  Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO  Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO  Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO  Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO 

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO 

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO 

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Xocalıda - FOTO 

Paylaş: