Şəhər daxilində sərnişindaşımada rahatlığı və keyfiyyəti artırmaq üçün hazırda xüsusi hərəkət zolağının yaradılması Şəhər şosesində (Zabrat yolu) həyata keçirilir. Bu barədə Primeinfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, Sabunçu rayonunun bu hissəsində xüsusi hərəkət zolağının mövcud olmasına baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək həmin zolaq mövcud deyildi.
Sumqayıt Dəmiryol Vağzalının qarşısında yeni nəqliyyat mübadilə mərkəzi yaradılıb. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, nəqliyyat mübadilə mərkəzində avtobusların maneəsiz hərəkətini təmin etmək məqsədilə xüsusi hərəkət zolaqları və sərnişinlərin təhlükəsiz minib-düşməsi üçün dayanacaq məntəqələri təşkil edilib.
Bakıda Şəhər şosesində (Zabrat yolu) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilir. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Bildirilib ki, Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud olmayıb.
Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində hərəkətin təşkili ilə bağlı dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Sürücü və piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə kəsişmədə NİİM tərəfindən LED işıqlandırma ilə təchiz olunan yeni işıqforlar quraşdırılıb.
Bu gündən Sumqayıt şəhərini paytaxtla əlaqələndirən 500 nömrəli marşrut xətti istifadəyə verilib. Primeinfo.az xəbər verir ki, 500 nömrəli müntəzəm avtobuslar başlanğıcını Sumqayıt şəhərinin Zülfü Hacıyev küçəsindən (Heydər Əliyev parkı) götürür, Nəriman Nərimanov küçəsi, Sülh prospekti və Ceyranbatan qəsəbəsindən keçməklə hərəkət edir. Son dayanacaq məntəqəsi paytaxtın Seyid Cəfər Pişəvəri küçəsi müəyyən edilib.
Bakı və Sumqayıt şəhərləri arasında 500 nömrəli müntəzəm avtobus marşrutu istifadəyə verilir. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, Sumqayıt şəhərindən paytaxta böyük sərnişin axını nəzərə alınaraq, həmçinin vətəndaşların metronun “20 Yanvar” stansiyası istiqamətində sürətli və rahat gedişlərini təmin etmək məqsədilə AYNA tərəfindən 500 nömrəli müntəzəm avtobus marşrutu təşkil edilib.
Bakıda 71 nömrəli marşrut üzrə müasir avtobuslar sərnişinlərə xidmət göstərəcək. Bu barədə Primeinfo.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, marşrut üzrə keçirilən müsabiqədə qalib gələn “Xaliq Faiqoğlu” MMC avtobuslarla xəttin istismarını noyabrın 7-dən həyata keçirəcək.
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən “biletim.az” portalı vasitəsilə onlayn qaydada 654 278 bilet əldə edilib. Primeinfo.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 43,6 % çoxdur.
8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar bütün avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata görə, gücləndirilmiş rejim 8-11 noyabr tarixlərində tətbiq ediləcək.
Yasamal rayonunun Dadaş Bünyadzadə küçəsində 5 parklanma məntəqəsi yaradılaraq sürücülərin istifadəsinə verilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün müvafiq şərait yaradılıb.