Lənkəran rayonunda dördotaqlı fərdi yaşayış evi yanıb. Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Yuxarı Nüvədi kəndində qeydə alınıb. Kənd sakini Emil Zeynal oğlu Əkbərova məxsus ümumi sahəsi 120 kvadratmetr olan dördotaqlı fərdi yaşayış evi yanıb.
Binəqədidə dördotaqlı ev yanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə hallar Nazirliyi məlumat yayıb. Bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Primeinfo.az xəbər verir ki, fevralın 5-dək ölkə ərazisində kəskin hava şəraitinin müşahidə olunacağı, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağıntılar, o cümlədən qar yağacağı, temperaturun xeyli enəcəyi proqnozlaşdırılır. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır: “Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
Lənkəran rayonunda ev yanıb. Primeinfo.az-ın məlumatına görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Lənkəranın Aşağı Nüvədi qəsəbəsində ümumi sahəsi 400 m² (hər mərtəbəsi 200 m²) olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bakı şəhərinin Binəqədi rayonunda minik avtomobili yanıb. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, rayonda “Mercedes” markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb.
Zaqatalada mehmanxanada yanğın hadisəsi qeydə alınıb. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, gecə saat bir radələrində Zaqatala şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən “Zaqatala Hotel”in birinci mərtəbəsində hamam və sauna yerləşən hissədə yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.
Bakının Xətai rayonu, 8 Noyabr prospektində restoranda yanğın baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Bakının mərkəzində yerləşən dördmərtəbəli obyektdə yanğın olub
Sumqayıt şəhərinin 11-ci mikrorayonundakı avtomobil təmiri sexlərindən birində başlayan yanğın söndürülüb. Primeinfo.az Bu barədə “Report”un yerli bürosu xəbər verir. Yanğının başvermə səbəbi araşdırılır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, M.Rüstəmov küçəsində avtomobil təmiri sexində yanğın baş verməsi barədə məlumat daxil olub. Primeinfo.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik tikilmiş 12 boksdan ibarət avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.