Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: hava proqnozu

Sabah Bakıya leysan yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Azərbaycanın rayonlarında noyabrın 4-dən 5-i gündüzədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Sabah yağış yağacaq, külək əsəcək

Bakıda və Abşeron yarımadasında noyabrın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Noyabrda hava necə olacaq? - HAVA PROQNOZU

Bu il noyabr ayında havanın orta aylıq temperaturunun, əsasən, iqlim normasına yaxın olacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Sabah hava necə olacaq?

  Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Bu barədə Primeinfo.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Güclü külək əsir, yağış yağır— FAKTİKİ HAVA  

Oktyabrın 29-u saat 19:00-a olan faktiki hava açıqlanıb.  Milli Hidrometeorologiya Xidmətindən Primeinfo.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.  Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir.

Bakıda güclü küləklə bağlı - SARI XƏBƏRDARLIQ

Oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Xızı, Xaçmaz, Qusar, Qobustan, Daşkəsəndə arabir cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Yağış, qar yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Oktyabrın 29-u axşam Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 30-u gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur.

Sabah 27 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Bəzi rayonlara qar yağdı - FAKTİKİ HAVA

Azərbaycanda oktyabrın 26-sı gündüz şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə hava şəraiti qısa müddətə dəyişib, arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Yüksək dağlıq ərazilərdə – Şahdağ, Kəlbəcər, Qubadlı, Laçında isə qar yağıb.