Həqiqəti qəbul edən Ermənistan – xilaskar, yoxsa satqın Paşinyan? - ŞƏRH
Ermənistan yalan və uydurmalardan əl çəkənə oxşayır. Parlamentdəki hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, ölkənin sərhəd möhürü dövlətin rəmzlərini əks etdirməli, emosional, sentimental simvolları ifadə etməməlidir. O bunu parlamentdə hakimiyyətin nəzarət-buraxılış məntəqələrindəki möhürlərdən Ağrıdağın (ermənilər Ararat dağı deyirlər-müəl.) simvolik təsvirini silmək qərarını şərh edərkən bildirib.