Aparıcı İlkin Həsəni avtobusu yolun ortasında saxlayaraq digər nəqliyyat vasitələrinə mane olan sürücünü ifşa edib. Primeinfo.az xəbər verir ki, bu barədə aktyor sosial media hesabında paylaşım edib. O, Xocalı prospektində lentə aldığı fotonu səhifəsinədə bölüşərək bunları qeyd edib: “Hörmətli “BakuBus”, sizcə bu fotoda nə düzgün deyil?”.
Bakıda avtomobili bilərəkdən nömrəsiz idarə edən sürücü həbs edilib. Primeinfo.az xəbər verir ki, “Chevrolet Cobalt LTZ” markalı, 90-YQ-* dövlət qeydiyyat nişanlı avtomobilin nömrəsiz idarə edildiyi müəyyən olunub. Paytaxtın Binəqədi şossesində həmin avtomobili idarə edən 2000-ci il təvəllüdlü Ələkbər Rzayevin yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaratdığı, həmçinin məsuliyyətdən yayınmaq üçün dövlət nömrə nişanını çıxardığı müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib. Primeinfo.az xəbər verir ki, müraciətdə deyilir: “Həftəsonları respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artması təhlükəsizlik məsələlərini daha da aktuallaşdırır. Nəzarət-profilaktik tədbirlər gücləndirilsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi məhz bu günlərdə yol qəzalarının baş verməsinə səbəb olur.
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib. Bu barədə Primeinfo.az-a DİN-in Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “BMW” markalı, 90-BY-008 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İlkin Qarayev saxlanılıb.
Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə qeyd olunan ardıcıl istirahət günlərində ölkənin müxtəlif istiqamətlərində nəqliyyat axını və hərəkət intensivliyi artıb.
Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün dekabrın 2-də növbəti imtahan keçiriləcək. Primeinfo.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyənlərin məlumatları təqdim olunub.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) həftəsonu istirahətə gedən sürücülərə müraciət edib. Nazirlikdən Primeinfo.az-a verilən məlumata görə, həftəsonları paytaxt və bölgələr arasında intensiv hərəkət müşahidə olunur. İstirahət və səfər məqsədilə yola çıxan sürücülərin sayının artması nəticəsində magistral və əsas avtomobil yollarında nəqliyyatın sıxlığı artır, bu isə qəza riskinin yüksəlməsinə səbəb olur.
Sumqayıtda sürücü ilə parklanma nəzarətçisi arasında pul üstündə dava olub. Primeinfo.az Lent.az-a istinadla xəbər verir ki, hadisə 11-ci məhəllədə, “Sevgilim” şadlıq sarayının yaxınlığında baş verib. 48 yaşlı Masallı rayon sakini Bəşir Quliyev (ad və soyad şərtidir) mübahisə zamanı sürücünün sifətinə yumruqla zərbə vurub.
Fövqəladə Hallar Nazirliyi nəqliyyat vasitələri sürücülərinə müraciət edib.