Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Türkiyə

Türkiyədə 3,8 bal gücündə zəlzələ olub

Türkiyənin Balıkəsir vilayətinin Sındırgı rayonunda 3,8 bal gücündə zəlzələ qeydə alınıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə zəlzələ yerli vaxtla saat 00:29-da baş verib.

Türkiyədə 54 şagird qidadan zəhərlənib

Türkiyədə 54 şagird qidadan zəhərlənib. Primeinfo.az “Haber Global”a istinadən xəbər verir ki, Koceli şəhərində özəl bir liseydə 14 şagird bufetdən aldıqları toyuq məhsulunu yedikdən sonra özlərini pis hiss ediblər. Rize şəhərində isə qızlar yataqxanasında 40 şagird yedikləri yeməkdən zəhərlənib.

Ərdoğan: "G20 inklüziv iqtisadiyyatda daha çox məsuliyyət daşımalıdır"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 ölkələrini daha inklüziv və ədalətli qlobal iqtisadiyyatın qurulması üçün daha böyük məsuliyyət götürməyə çağırıb. Primeinfo.az xəbər verir ki, Ərdoğan G20 zirvəsində çıxışında qlobal ticarətin canlandırılması üçün güclü beynəlxalq əməkdaşlığa, yeni siyasət alətlərinə və davamlı təchizat zəncirlərinə ehtiyac olduğunu bildirib. “Qlobal ticarəti canlandırmaq üçün güclü beynəlxalq əməkdaşlıq, yeni siyasət alətləri və davamlı təchizat zəncirlərinə ehtiyac var.

Türkiyədə restoranda 25 nəfər zəhərlənib

İstanbulun Şişli rayonunda eyni restoranda yemək yeyən 25 nəfərin zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildiyi bildirilib. Primeinfo.az xəbər verir ki, bu barədə İstanbul Şəhər Səhiyyə Müdiri Abdullah Emre Güner açıqlama verib.

FIFA Türkiyə klubunun daha 6 xalını silib

FIFA Türkiyə I Liqa təmsilçisi “Adana Dəmirspor”un daha 6 xalını silib. Primeinfo.az xəbər verir ki, bu barədə qərar qurumun İntizam Komitəsinin iclasında qəbul edilib. Beləliklə, komanda hazırda -23 xalla turnir cədvəlinin sonuncu – 20-ci pilləsində qərarlaşıb.

Politoloq: “Türkiyənin İsraillə bağlı Azərbaycana iradı yoxdur” - VİDEO

“Türkiyənin İsraillə bağlı Azərbaycana hər hansı iradı yoxdur”. Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloqun sözlərinə görə, Azərbaycanla bağlı məsələlərdə Türkiyə hökumətinin heç bir iradı yoxdur.

Türkiyədə klub prezidentləri və hakimlərə qarşı əməliyyat keçiriləcək

İstanbul şəhərinin Baş prokuroru Akın Gürlek futbolda mərc oyunları ilə bağlı aparılan istintaqa münasibət bildirib. Primeinfo.az APA-ya istinadən xəbər verir ki, bu günə kimi 6 hakim, bir klub prezidenti və bir jurnalist saxlanılıb, istintaqa futbolçular da cəlb olunub. Baş prokurorun sözlərinə görə, onların apardığı araşdırma ilə Türkiyə Futbol Federasiyasının araşdırması fərqlidir: “Peşəkar Futbol İntizam Qurumu tərəfindən cəzalandırılmış futbolçularla bağlı araşdırmanın başlanmasından söhbət gedə bilməz.

Türkiyədə 4,4 bal gücündə zəlzələ

Türkiyənin Osmaniye bölgəsində 4,4 maqnitudada zəlzələ baş verib. Primeinfo.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb. Yeraltı təkanın ocağı 8.8 km dərinlikdə yerləşib.

Bakıda türkiyəli rəssamın sərgisi açılacaq - FOTO

Noyabrın 28-də “Bakı” Rəsm Qalereyasında türkiyəli rəssam Zəkiyə İnanın “Payız yarpaqları” adlı fərdi yaradıcılıq sərgisi açılacaq. Primeinfo.az xəbər verir ki, dekabrın 1-dək davam edəcək sərgidə türkiyəli rəssamın 80-dək yağlı boya, sulu boya, xəttatlıq nümunələri nümayiş olunacaq. Qardaş ölkənin rəssamı kimi Azərbaycanı doğuma diyar, Bakını isə doğma şəhər bilən Zəkiyə İnan yenidən sənətsevərləri öz füsunkar sənəti ilə heyrətləndirəcək.

Türkiyədə 687 qanunsuz miqrant saxlanılıb

Türkiyədə qanunsuz yaşayan 687 xarici vətəndaş, eləcə də qeyri-leqal miqrasiya kanallarının təşkilində iştirak edən 29 şəxs saxlanılıb. Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial mediada paylaşım edib. Onun sözlərinə görə, sərnişin terminalları və hava limanları da daxil olmaqla 81 vilayətdəki 15334 ictimai yerdə sənədlərin yoxlanılması aparılıb.