
UEFA Konfrans Liqasının 2025-2026-cı illər mövsümünün qalibi bu axşam müəyyənləşəcək.
Primeinfo.az xəbər verir ki, final qarşılaşmasında İngiltərənin “Kristal Pelas” və İspaniyanın “Rayo Valyekano” komandaları üz-üzə gələcək.
Həlledici oyun Almaniyanın Leypsiq şəhərində yerləşən “Red Bull Arena”da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.
Xatırladaq ki, UEFA Konfrans Liqasının qalibi növbəti mövsümdə Avropa Liqasının əsas mərhələsində iştirak edəcək.