
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə telefonla danışıb.
Primeinfo.az-ın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Ərdoğan telefon danışığı zamanı Türkiyə ilə Pakistan arasında münasibətlərin bütün sahələr üzrə daha da inkişaf etdirilməsi istiqamətində addımların davam etdiriləcəyini bildirib.
Türkiyə lideri Pakistanın dost və qardaş ölkələrlə birlikdə regiondakı münaqişələrin sona çatdırılması, sülh və sabitliyin təmin olunması istiqamətində göstərdiyi səyləri və vasitəçilik təşəbbüslərini yüksək qiymətləndirdiyini, danışıqların müsbət nəticə verəcəyinə ümid etdiyini vurğulayıb.
Ərdoğan telefon danışığında Baş nazir Şərifi və Pakistan xalqını Qurban bayramı münasibətilə də təbrik edib.