Xəbər axtarın

Son axtarış nəticələri:

Xəzərdə suitiləri öldürən müəmmalı amil – ŞOK İDDİA

20.05.2026 14:37

Xəzərdə suitiləri öldürən müəmmalı amil – ŞOK İDDİA

Xəzər dənizinin Qazaxıstan sahillərində Manqistau Regional Ekologiya Departamentinin mütəxəssisləri tərəfindən nəsli kəsilmək təhlükəsi ilə üz-üzə olan 35 suiti cəsədi tapılıb.

Primeinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, tələf olmuş heyvanlar 19 may tarixində Tupqaraqan rayonu ərazisində, Bautino kəndi və Fort Şevçenko şəhərinin yaxınlığında aşkarlanıb. Ekoloqlar dərhal ərazidən su nümunələri götürərək analizə göndəriblər.

Manqistau Regional Ekologiya Departamenti açıqlama verərək qeyd edib ki, bundan öncə heyvanların tələf olduğu ərazilərdən götürülən su nümunələrində hər hansı zərərli maddəyə rast gəlinməyib.

Qeyd edək ki, cari ilin əvvəllərində də Xəzərin Qazaxıstan sahillərində suitilərin kütləvi ölümü qeydə alınmış, aprelin sonlarından mayın ortalarınadək 300-ə yaxın cəsəd tapılmışdı.

Həmin zaman da Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyi mütəxəssisləri ölü suitilərdən götürülən biomaterialları yoxladığını və heç bir infeksion xəstəlik tapılmadığını bəyan etmişdilər. Nazirliyin versiyasına görə, kütləvi ölümlər zəlzələlər nəticəsində yaranan qaz sızmaları kimi təbii proseslərlə bağlı ola bilər.

Xatırladaq ki, Xəzərin Rusiya sahillərində də oxşar suiti ölümləri müşahidə edilib.

Paylaş: