
ABŞ dövlət katibinin iqtisadi, energetika və biznes məsələləri üzrə köməkçisi Kaleb Orr Azərbaycanda işgüzar səfərdədir.
Bu barədə Primeinfo.az ABŞ Dövlət Departamentinə istinadən xəbər verir.
Kaleb Orrun Azərbaycana səfəri iyunun 3-dək davam edəcək.
Qeyd edək ki, Bakıda iyunun 1-2-si tarixlərində Bakı Enerji Həftəsi (Baku Energy Week) keçiriləcək, həmçinin ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu baş tutacaq.