Xəbər axtarın

Son axtarış nəticələri:

"Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur" - Tokayev

29.06.2026 11:56

"Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur" - Tokayev

Azərbaycan bu gün Türk dünyasında xüsusi yer tutur. Birinci Türkoloji Qurultay bütün Türk dünyası üçün əhəmiyyətli tarixi hadisə idi.

Primeinfo.az xəbər verir ki, bu fikirlər Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Müraciətdə deyilir: “Qurultay qardaş ölkələrin sarsılmaz birliyinin göstəricisinə çevrilib. Həmin qurultayda irəli sürülən ideyalar bu gün də aktuallığını itirməyib”.

Qeyd edək ki, müraciətin mətnini Qazaxıstan Prezidentinin müşaviri Malik Atarbayev səsləndirib.

Paylaş: