Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan 10-cu dəfə baba oldu

02.06.2026 10:35

Ərdoğan 10-cu dəfə baba oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba olub.

Primeinfo.az bu barədə “Anadolu” Agentliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, prezidentin qızı Sümeyye Erdoğan Bayraktar və onun həyat yoldaşı Selçuk Bayraktarın üçüncü övladı doğulub.

Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan xəstəxanaya gedərək qızı və nəvəsinin səhhəti ilə maraqlanıb, ailəni təbrik edib.

Sümeyye və Selçuk Bayraktarın digər övladları Canan Aybüke (2017) və Asım Özdemirdir (2024).

Paylaş: