Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğandan İsrailin "erməni soyqırımı"nı tanımaq qərarına SƏRT reaksiya

30.06.2026 22:34

Ərdoğandan İsrailin "erməni soyqırımı"nı tanımaq qərarına SƏRT reaksiya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail Nazirlər Kabinetinin “erməni soyqırımı”nı tanımaq qərarını ilk dəfə şərh edib.

Primeinfo.az bu barədə “TRT Haber”ə istinadən məlumat verir.

Ərdoğan bildirib ki, Ankaranın Qəzzada minlərlə insanın qanına batanların Türkiyə barədə səsləndirdiyi ittihamlara əhəmiyyət vermək niyyəti yoxdur.

“Əllərində əksəriyyəti qadın və uşaq olmaqla, 73 min günahsız Qəzzə sakininin qanı olan cinayətkar şəbəkənin ölkəmizlə bağlı iftiralarını zərrə qədər ciddiyə almırıq. Bizim tariximizdə nə soyqırımı, nə kütləvi qırğın, nə zülm, nə də müstəmləkəçilik var. Minillik tariximizdə yalnız ədalət və mərhəmət var”, – deyə o söyləyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə tarix boyu dini, etnik mənsubiyyəti və kimliyindən asılı olmayaraq məzlum insanlara sahib çıxıb: “İnkvizisiyadan və nasist zülmündən qaçanlara sığınacaq verən də məhz Türkiyə olub”.

 

Paylaş: