Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan Paşinyanla danışdı: Nələr müzakirə edilib? - DETALLAR

03.06.2026 10:00

Ərdoğan Paşinyanla danışdı: Nələr müzakirə edilib? - DETALLAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkə hesablarında bildirilib.

Məlumata görə, tərəflər Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi ilə yanaşı, regional məsələləri müzakirə ediblər.

R.T.Ərdoğan qeyd edib ki, Ankara və İrəvan arasında normallaşma prosesi birbaşa ticarətin başlanması istiqamətində atılan addımlarla davam etdirilir.

O, Türkiyənin bölgədə sülh və sabitlik üçün səy göstərdiyini və bu istiqamətdə atılan addımları hər zaman dəstəkləyəcəyini vurğulayıb.

Baş nazir Paşinyan öz növbəsində Türkiyə Prezidentinə keçmiş Qurban bayramı münasibətilə təbriklərini çatdırıb.

“Baş nazir Paşinyan söhbət zamanı Türkiyə Prezidentini ötən Qurban bayramı münasibətilə təbrik edib; bu fürsətlə Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması prosesi və regional məsələlər də müzakirə olunub”, – paylaşımda bildirilib.

 

Paylaş: