Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğanın ABŞ-İran razılaşmasına REAKSİYASI

15.06.2026 12:20

Ərdoğanın ABŞ-İran razılaşmasına REAKSİYASI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında sülh sazişinin imzalanmasına dair əldə edilən razılaşmaya münasibət bildirib.

Primeinfo.az xəbər verir ki, Ərdoğan sosial media hesabında etdiyi paylaşımda bildirib:

“ABŞ və İran arasında əldə edilən razılaşmanı bölgəmizdə sülh və əmin-amanlığın təmin olunması baxımından mühüm bir inkişaf kimi görür və məmnuniyyətlə qarşılayıram. Bütün dünyanın uzun müddətdir ehtiyac duyduğu bu xəbərin bölgəmizdə daimi sülh və təhlükəsizlik mühitinin formalaşmasına vəsilə olmasını ürəkdən arzulayıram”.

İmzaların atılacağı günə qədər olan müddətdə gərginliyi artıracaq bəyanatlardan, təxribat və hərəkətlərdən uzaq durulmasının və mümkün sabotajlara qarşı diqqətli olunmasının vacibliyini vurğulayan Ərdoğan deyib:

“Bu nəticənin əldə olunmasında ABŞ və İran rəhbərlikləri başda olmaqla, xüsusi vasitəçilik səylərinə görə Pakistana təşəkkür edirəm. Həmçinin Qətər və Səudiyyə Ərəbistanının diplomatik təşəbbüslərə verdiyi dəstəyi də yüksək qiymətləndirirəm. Türkiyə olaraq bölgəmizdə sülhün, sabitliyin və əmin-amanlığın təmin olunmasına yönəlmiş bütün səyləri dəstəkləməyə, diplomatiya və beynəlxalq hüquq əsaslı davamlı həllərə töhfə verməyə davam edəcəyik”.

Paylaş: