Xəbər axtarın

Son axtarış nəticələri:

"Qəbələ" Adriel Ba Loua ilə yollarını ayırıb

10.06.2026 13:24

"Qəbələ" Adriel Ba Loua ilə yollarını ayırıb

“Qəbələ” klubu futbolçusu Adriel Ba Loua ilə yollarını ayırıb.

Primeinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

Yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

2025-ci ilin yayından komandada çıxış edən Fildişi Sahilindən olan oyunçu bu müddətdə 35 oyunda 4 qol vurub. O, Misli Premyer Liqasında 30 (4 qol), pley-offda 1, ölkə Azərbaycan Kubokunda 4 matça çıxıb. Adriel bu qarşılaşmalarda ümumilikdə 11 assistə imza atıb.

“Futbolçuya klubumuza göstərdiyi xidmətə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”, – deyə məlumatda bildirilir.

Paylaş: