Xəbər axtarın

Son axtarış nəticələri:

“Roza Zərgərli, ayıbdır, özünü biabır etmə!” – Hərbi ekspert müğənninin Ramzan Kadırovla görüşünü SƏRT TƏNQİD etdi - VİDEO

08.06.2026 17:45

“Roza Zərgərli, ayıbdır, özünü biabır etmə!” – Hərbi ekspert müğənninin Ramzan Kadırovla görüşünü SƏRT TƏNQİD etdi - VİDEO
“Roza Zərgərli Kadırovla görüşüb. Deyir ki, az qalmışdı, ayağımın altında qoyun kəssinlər, nə bilim fəxri qarovul düzülmüşdü… Mən utandım vallah. Heç olmasa özünüzü biabır etməyin də!”

Primeinfo.az xəbər verir ki, bu fikirləri hərbi ekspert Üzeyir Cəfərov Prime TV-nin “Qırmızı masa” verilişində deyib.

O, müğənni Roza Zərgərlinin Çeçenistanın prezidenti Ramzan Kadırovla görüşünü tənqid atəşinə tutub:

“Mən şəxsən Roza Zərgərlini elə də böyük sənət adamı hesab etmirəm. Deyir ki, Kadırov məni şəxsən dəvət edib, qayğı-diqqət göstərib, filan olub. Ayıbdır! Bizim mətbuat da belə xəbərlərə diqqətlə yanaşmalıdır. Bizim sənətçi gedib müharibəni dəstəkləyən, uşaq qatili olan şəxsə deyir ki, səndən yoxdur”.

Davamı “Qırmızı masa”da:

Paylaş: