
“Fikrimcə, İran nə qədər manevrlər etsə də, ABŞ geri çəkilməyəcək. Vaşinqton bu oyunu başlayıb və bunu bitirməlidir. Bu baş verməsə etiraf etməlidir ki – mən məğlub oldum. Eyni zamanda əgər belə bir hal baş verərsə, bu sadəcə ABŞ-nin məğlub olması demək deyil. Yəni bu, Yaxın Şərqdə hegemonluğun İranın əlinə verilməsidir. ABŞ isə buna heç vaxt imkan verə bilməz”.
Primeinfo.az xəbər verir ki, bu sözləri keçmiş maliyyə naziri Fikrət Yusifov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
Davamı “Qırmızı masa”da: