Xəbər axtarın

Son axtarış nəticələri:

Bakıda "Formula 1" trekində ilk dəfə kütləvi qaçış baş tutub - FOTO

24.09.2026 13:26

Bakıda "Formula 1" trekində ilk dəfə kütləvi qaçış baş tutub - FOTO

Sentyabrın 23-də Bakıda “Formula 1” Azərbaycan Qran-Prisi çərçivəsində “BCC F1 Weekend Run” qaçışı keçirilib.

Bakı Şəhər Halqasından Primeinfo.az-a verilən məlumata görə, tədbirdə təxminən 250 iştirakçı “Formula 1” trekinin 6 kilometrlik tam dövrəsini qət edib.

Qaçışda gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib.

Saat 22:00-da başlayan qaçış zamanı iştirakçılar “Formula 1” bolidlərinin hərəkət etdiyi istiqamətdə trekin tam dövrəsini qət ediblər.

“BCC F1 Weekend Run” sağlam həyat tərzinin təşviqi, komanda ruhunun gücləndirilməsi və yarış həftəsi ərəfəsində birlik ab-havasının yaradılması məqsədilə təşkil olunub. Tədbirdə əsas məqsəd sürət və nəticə deyil, iştirak, qarşılıqlı dəstək və idmana olan sevgi olub.

Qaçış Qran-Pri həftəsinin tədbirlərindən biri olaraq iştirakçılara Bakı Şəhər Halqasını fərqli şəkildə kəşf etmək imkanı yaradıb. Onlar adətən tribunadan izlədikləri trekə bu dəfə birbaşa çıxaraq Formula 1 ab-havasını yaxından hiss ediblər.

Qeyd edək ki, bu gün start götürən “Formula 1” Azərbaycan Qran-Prisi sentyabrın 26-dək davam edəcək.

Paylaş: