Xəbər axtarın

Son axtarış nəticələri:

Növbəti köç karvanı Ağdama çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB

01.09.2026 16:00

Növbəti köç karvanı Ağdama çatıb, açarlar təqdim edilib - FOTO - YENİLƏNİB

Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.

Primeinfo.az-ın məlumatına görə, sentyabrın 1-də Bakıdan yola salınan köç karvanı Ağdam şəhərinə çatıb.

Ağdam şəhərinə köçən ailələrə yeni mənzillərinin açarları təqdim olunub və onlar yaşayış sahələrində yerləşdiriliblər.

Son köç də nəzərə alınmaqla, Ağdam şəhərində ümumilikdə 1 048 ailənin məskunlaşması təmin edilib.

***

10:00

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Primeinfo.az xəbər verir ki, bu mərhələdə 117 ailə – 362 nəfər Ağdam şəhərinə köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Paylaş: