
“Bakıda bəziləri əllərinə İsrail bayrağı götürüb deyirlər ki, – “biz sionistik, yaşasın Azərbaycan-İsrail dostluğu”. Sən sionist deyilsən, sən bambılısan. Bunun başqa adı yoxdur. Bayraq yellətmək istəyirsən, get Azərbaycanın bayrağını yellət, İsrailin bayrağını niyə yellədirsən?!”
Primeinfo.az xəbər verir ki, bu fikri siyasi şərhçi Elçin Alıoğlu Prime TV-nin “Qırmızı masa” platformasında səsləndirib.
O hesab edir ki, həmin insanlardan heç İsrailin özünün də xəbəri yoxdur:
“İsrail Azərbaycanda heç kimə pul vermir ki, onun təbliğatını aparsın. Niyə pul versin, havayı işləyirlər də. Havayı işləyənə pul verərlər?”
Qızğın müzakirənin davamı “Qırmızı masa”da: