Xəbər axtarın

Son axtarış nəticələri:

Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş olub

07.07.2026 19:19

Ərdoğan və Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş olub
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan və Donald Trampın sədrliyi ilə nümayəndə heyətləri arasında görüş başlayıb.

Primeinfo.az xəbər verir ki, Prezident İqamətgahında Donald Trampla təkbətək görüşündən sonra tərəflər nümayəndə heyətlərinin iştirakı ilə danışıqları davam etdiriblər.

Mətbuata qapalı keçirilən danışıqlarda Türkiyə tərəfdən xarici işlər naziri Hakan Fidan, xəzinə və maliyyə naziri Mehmet Şimşek, milli müdafiə naziri Yaşar Gülər, AK Partiya sədrinin müavini və partiyanın sözçüsü Ömər Çelik, Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, MİT-in rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran, Prezidentin Xüsusi Katibliyinin rəhbəri Hasan Doğan, Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç, həmçinin Türkiyənin Vaşinqtondakı səfiri Sedat Önal iştirak ediblər.

Paylaş: