Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: azerbaycan

Azərbaycan BMT-nin bu konvensiyasını imzaladı

Azərbaycan BMT-nin bu konvensiyasını imzaladı

25-26 oktyabr 2025-ci il tarixində Vyetnamın paytaxtı Hanoy şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) “Kibercinayətkarlığa qarşı” Konvensiyasının dövlətlər tərəfindən təntənəli imzalanma mərasimi keçirilib. Primeinfo.az xəbər verir ki, tədbirdə BMT-nin Baş katibi Antonio Quterreş, Vyetnamın Prezidenti Lıonq Kıonq, ayrı-ayrı dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların təmsilçiləri və ekspertlər iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Konvensiyanı Azərbaycan Respublikası adından Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev imzalayıb.

Pakistan Senatının sədri Azərbaycana gəlib

Pakistan Senatının sədri Azərbaycana gəlib

Pakistan İslam Respublikası Senatının sədri Seyid Yusuf Rza Gilani Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Heydər Əliyev Beynəlxalq Hava Limanında Pakistan Senatının sədrini Milli Məclis sədrinin müavini Musa Qasımlı, parlamentin Pakistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamaləddin Qafarov və digər rəsmi şəxslər qarşılayıblar.

Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır

Ermənistan "3+3"ün növbəti iclası ilə bağlı Azərbaycanla müzakirə aparır

“3+3” platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib. “İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik”, – nazir qeyd edib.

İran Azərbaycanla bağlı xoş xəbəri açıqladı

İran Azərbaycanla bağlı xoş xəbəri açıqladı

Gələn ay İran və Rusiya arasında Rəşt–Astara dəmir yolunun tikintisinə dair saziş imzalanacaq. Primeinfo.az Globalinfo.az-a istinadən xəbər verir ki, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bildirib. Nazirin sözlərinə görə, bu layihə Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizinin tamamlanması və region ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bərdə terrorundan 5 il ötür

Bərdə terrorundan 5 il ötür

İkinci Qarabağ müharibəsi dövründə Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından beş il ötür.

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Azərbaycan BMT ilə mühüm sənəd imzaladı

Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan hökuməti arasında 2026-2030-cu illər üçün BMT-nin Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Primeinfo.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, bu sənəd inklüziv sosial-iqtisadi artımın və insan kapitalının inkişafı, ekosistemlərin, iqlimə davamlılığın, səmərəli “yaşıl keçid”in təşviqi kimi strateji prioritetləri ehtiva edir.

Azərbaycan və NATO nümayəndələri görüşüb

Azərbaycan və NATO nümayəndələri görüşüb

NATO-nun “Müdafiə təhsilinin genişləndirilməsi proqramı” (DEEP) çərçivəsində DEEP-in distant təhsil üzrə mütəxəssisləri ilə Milli Müdafiə Universitetinin (MMU) nümayəndələri arasında ilkin qiymətləndirmə görüşü keçirilib.

Axtarışda olan Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək

Axtarışda olan Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək

İstintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilən Azərbaycan vətəndaşı İrandan ekstradisiya ediləcək. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Azərbaycan vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İranın səlahiyyətli orqanları tərəfindən təmin edilib.