Elçin Əmirbəyov İtaliya XİN rəhbərinin müavini ilə görüşüb
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov İtaliyanın xarici işlər nazirinin müavini Edmondo Çirielli ilə görüş keçirib. Primeinfo.az xəbər verir ki, bu barədə İtaliya XİN məlumat yayıb. Görüş zamanı əsas müzakirə mövzuları regional və beynəlxalq gündəlik, həmçinin Roma ilə Bakı arasında siyasi və iqtisadi əməkdaşlığın strateji sahələrdə gücləndirilməsi olub.