Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: gömrük

Limitdən artıq gətirilən qidalar anbara qəbul edilməyəcək

Limitdən artıq gətirilən qidalar anbara qəbul edilməyəcək

Təklif olunan dəyişikliklərə əsasən, fiziki şəxslər tərəfindən normadan artıq gətirilən və kommersiya məqsədi daşımayan qida məhsulları müvəqqəti saxlanca qəbul edilməyəcək. Primeinfo.az xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Bu halda həmin mallar ya geri qaytarılmalı, ya da gömrük orqanının iştirakı ilə məhv edilməlidir.

Borcunu ödəməyənlər ölkədən çıxa bilməyəcəklər

Borcunu ödəməyənlər ölkədən çıxa bilməyəcəklər

Borcunu ödəməyənlərə ölkədən çıxış qadağası tətbiq oluna bilər Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Layihəyə əsasən, gömrük orqanlarının strukturuna dair müddəaların təkmilləşdirilməsi, həmçinin qurum üçün bir sıra yeni vəzifə və hüquqların müəyyən edilməsi nəzərdə tutulur. Sənədə görə, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədiyi halda, borcun ödənilməsini təmin etmək məqsədilə gömrük orqanlarına mühüm səlahiyyət verilir.

Bəzi məhsullar üçün yeni gömrük yığımları tətbiq ediləcək

Bəzi məhsullar üçün yeni gömrük yığımları tətbiq ediləcək

Gömrük yığımlarının məbləğlərində dəyişiklik edilib. Primeinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb. Qərar gömrük yığımlarına əlavə olaraq bəzi məhsullar üçün gömrük yığımlarının tətbiq edilməsini nəzərdə tutur.

Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanuna dəyişiklik edildi

Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanuna dəyişiklik edildi

  Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 24 oktyabr tarixli 277-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Primeinfo.az fərmanın mətnini təqdim edir: 1. Müəyyən edilsin ki: 1.1.

Şirniyyat qutularında gizlədilən dərmanlar aşkar edilib - FOTO

Şirniyyat qutularında gizlədilən dərmanlar aşkar edilib - FOTO

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Primeinfo.az-a Dövlət Gömrük Komitəsindən bildirilib Məlumata görə, İstanbul–Gəncə aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşına məxsus əşyalar Gəncə Beynəlxalq Aeroportunun gəliş zalında rentgen aparatından keçirilən zaman monitorda şübhəli əşyaların təsviri müşahidə olunub. Yoxlama zamanı vətəndaşa məxsus çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, eləcə də şifahi, elektron və ya yazılı formada bəyan olunmayan, üstü şirniyyat ilə örtülmüş qutularda xüsusi üsulla gizlədilən, hər biri 10 həb olmaqla, ümumilikdə 645 konvolyut “Lioresal” markalı dərman preparatı aşkar edilib.

Brilyant qaşları qanunsuz keçirmək istədilər

Brilyant qaşları qanunsuz keçirmək istədilər

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.

Ölkəyə 44 mindən çox dərman vasitəsinin qanunsuz yolla keçirilməsinin qarşısı alınıb

Ölkəyə 44 mindən çox dərman vasitəsinin qanunsuz yolla keçirilməsinin qarşısı alınıb

Tovuz Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində bəyan olunmadan gömrük sərhədindən keçirilməyə cəhd göstərilən külli miqdarda dərman vasitələri aşkar edilib. Primeinfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Verilən məlumata görə, idarənin “Qırmızı Körpü” gömrük postunda Türkiyədən ölkə ərazisinə ərzaq məhsulları gətirən yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli cizgilər müəyyən olunub.