Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: müraciət

Mayda ETN-ə 30 509 vətəndaş müraciəti daxil olub

Mayda ETN-ə 30 509 vətəndaş müraciəti daxil olub

Mayın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi və tabeliyində olan qurumlara ümumilikdə 30 509 vətəndaş müraciəti daxil olub. Bu barədə Primeinfo.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətlərin 4 765-i elektron qaydada, 1055-i yazılı formada, 18 094-üçağrı mərkəzləri vasitəsilə qəbul edilib.

DYP sürücülərə müraciət etdi

DYP sürücülərə müraciət etdi

Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin yağışlı hava şəraiti ilə bağlı sürücülərə müraciətində bildirilir. İdarə sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir: “Bildiririk ki, əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbrli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Tovuzda ailə 3 övladından imtina etdi - YENİLƏNİB

Tovuzda ailə 3 övladından imtina etdi - YENİLƏNİB

Tovuz rayonunda valideynləri tərəfindən atıldığı bildirilən uşaqlarla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunub. Primeinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq ƏƏSMN-dən məlumat verilib. Bildirilib ki, uşaqların mövcud vəziyyəti qiymətləndirilib.

Yolda tələskənliyə yol verməyin! - DYP

Yolda tələskənliyə yol verməyin! - DYP

“Bayram günlərinin başa çatması ilə ölkə üzrə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların hərəkəti artıb. Bu səbəbdən, xüsusilə magistral yollarda və şəhərlərə giriş-çıxışlarda intensiv hərəkət müşahidə olunur”. Primeinfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) məlumatında deyilir.

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Hazırda paytaxt ərazisində bəzi yol sahələrində duman müşahidə olunur. Primeinfo.az xəbər verir ki, BDYPİ mövcud hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib. Qeyd olunub ki, görmə məsafəsinin məhdudlaşması nəqliyyat vasitələrinin hərəkətinə təsir göstərir və yol-nəqliyyat hadisəsi riskini artırır.

MM Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

MM Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb

Milli Məclis tərəfindən Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar xarici ölkələrin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinə, parlamentlərin beynəlxalq komitələrinin sədrlərinə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlanıb. Bu barədə Primeinfo.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Müraciətlərdə Azərbaycan xalqının bu il Ermənistanın Azərbaycan Respublikasının ərazilərini işğalı zamanı törətdiyi Xocalı soyqırımının 34-cü ildönümünü dərin hüznlə yad etdiyi qeyd olunaraq, Xocalı qəsəbəsinin dinc sakinlərinə qarşı törədilmiş bu amansız qətliamın XX əsrdə bəşəriyyətə qarşı həyata keçirilmiş ən ağır və dəhşətli cinayətlərdən biri kimi tarixə düşdüyü vurğulanır.

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi əhaliyə müraciət edib

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz yoxlamalarla bağlı əhaliyə müraciət edib. Bu barədə Primeinfo.az-a Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır: “Belə ki, Mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.