Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə – Şahdağ və Qrıza isə qar yağır. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Şahdağda qarın hündürlüyü 1 sm-dir.
“Azərişıq ASC Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkə ərazisində istismar müddətini başa vurmuş elektrik şəbəkəsini yenidən qurur, təmir-bərpa işləri aparır. Primeinfo.az xəbər verir ki, görülən işlər Xaçmaz Regional Enerji Təchizatı və Satışı İdarəsini (RETSİ) də əhatə edib. Ötən il Xaçmaz RETSİ ərazisində 14 kəndin elektrik şəbəkəsi tam yenilənib.
Prezident İlham Əliyev ailəsi ilə birlikdə Şahdağa gedib. Primeinfo.az xəbər verir ki, bu barədə dövlət başçısının nəvəsi Əli Ağalarov sosial şəbəkə hesabında paylaşım edib. O, Prezident İlham Əliyev və anası Leyla Əliyevanın da yer aldığı fotoya “Bu gün babamla xizək sürdük” – sözlərini əlavə edib.
Bu ilin dekabrın 15-nə qədər Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ Turizm Mərkəzi” QSC-ni 300 min turist ziyarət edib. Primeinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mərkəzin sədri Rüstəm Nəcəfov bildirib. Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 % artım deməkdir.
Oktyabrın 18-i saat 9:00-a olan faktiki hava açıqlanıb. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, Şahdağa qar yağıb. Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 30, Lerikdə 20, Oğuzda 8, Zaqatalada 7, Yardımlıda 6, Qubada 5, Xızı, Bakı və Abşeron yarımadasında 4, Qəbələ və Şabranda 3, Zərdabda 2, Yevlax, Neftçala, Balakən, Göyçay, Qax (Sarıbaş), Şəki, İsmayıllı, Şamaxı, Qusar, Sabirabadda 1 mm olub.
Azərbaycanda küləkli və yağıntılı hava şəraiti davam edib, Şahdağa və Gədəbəyə qar yağıb. Primeinfo.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 14-ü saat 9:00-a olan faktiki hava haqqında məlumatında qeyd olunub. Bildirilib ki, əksər yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, Şahdağa və Gədəbəyin yüksək dağlıq ərazilərinə isə qar yağıb.
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Primeinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazilərə-Kəlbəcər və Şahdağa isə qar yağıb.