Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: sürət həddi

Bu yolda sürət həddi endirildi: sürücülərə xəbərdarlıq edildi

“Şamaxı yolu” adlanan yol sahəsindən Lökbatan dairəsinədək olan hissənin 14 km-lik hissəsində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi saatda 100 km-dən 90 km-ə endirilib. Bu barədə Primeinfo.az-a Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd olunan yol sahəsində müvafiq yol nişanları quraşdırılıb.

Zığ dairəsində sürət həddi bərpa edildi

Zığ dairəsində yağışa görə endirilən sürət həddi bərpa edilib. Bu barədə Primeinfo.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, yağışlı hava şəraiti ilə əlaqədar olaraq Bakının Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb.

Bakıda bu yolda sürət məhdudiyyəti tətbiq olundu

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Primeinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Bununla bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.