Azərbaycan Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə işğaldan azad edilmiş ərazilərə səfərinin ilk günü ilə bağlı videoçarx paylaşıb.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə sentyabrın 11-də Şuşa şəhərində Meksikanın Müstəqilliyi Günü münasibətilə təntənəli mərasim keçirilib.
Diplomatik korpusun nümayəndələri inşası davam edən Yeni Şuşa məscidində aparılan işlərlə tanış olublar. Primeinfo.az xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Yeni Şuşa məscidi layihəsi barədə məlumat verib. Qeyd olunub ki, məscidin təməli 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən qoyulub.
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhərinə gəliblər. Primeinfo.az xəbər verir ki, qonaqlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və əsrarəngiz təbiəti, həmçinin şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa-quruculuq işləri ilə tanış olurlar. Səfərdə 58 ölkə və 9 beynəlxalq təşkilatı təmsil edən 150 nəfərdən ibarət heyət iştirak edir.
Gürcüstanlı jurnalist və bloqerlər Şuşa şəhərinə səfər ediblər. Primeinfo.az “Report”a istinadən xəbər verir ki, səfər çərçivəsində qonaqlar ilk olaraq Şuşa şəhəri üzrə Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin binası qarşısına gəliblər. Burada media mənsublarına şəhərin tarixi, mədəniyyət abidələri, eləcə də Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər haqqında ətraflı məlumat verilib.
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar. Primeinfo.az xəbər verir ki, bununla bağlı Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova ictimaiyyətə müraciət edib. “Bu kimi hallar ilk deyil.
Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dankan Norman Şuşaya səfər edəcək. Primeinfo.az xəbər verir ki, bu barədə diplomat keçirdiyi mətbuat konfransında deyib. “Məlum olduğu kimi, Şuşa şəhərinin Baş planının hazırlanmasında Böyük Britaniyanın tanınmış şirkəti iştirak edib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bakı şəhərində fəaliyyət göstərən Şuşa təcili tibbi yardım bölməsi artıq öz doğma yurdu – Şuşa şəhərinə köçürülüb. Bu barədə Primeinfo.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Şuşa təcili tibbi yardım bölməsi 24/7 rejimində fəaliyyət göstərir.
Xankəndi-Şuşa avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Primeinfo.az xəbər verir ki, Bayram Verdiyev adlı sürücü Şuşadan Xankəndi istiqamətində “Tofaş” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yol kənarındakı maneəyə çırpılıb. Qəza nəticəsində B.Verdiyev hadisə yerində həyatını itirib.