Şuşada 1 ton çətənə kolu məhv edilib. Primeinfo.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Şuşa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Xəlfəli kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 1 ton olan 2010 ədəd çətənə kolu məhv edilib.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşa şəhərindən paylaşım edib.
IV Şuşa Qlobal Media Forumu çərçivəsində xarici qonaqlar Şuşada yeni inşa edilən Qarabağ küçəsi ilə tanış olublar.
Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Proqram çərçivəsində iyulun 8-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə ilk köç olub. Primeinfo.az xəbər verir ki, ilkin mərhələdə kəndə 51 nəfərdən ibarət 15 ailə köçürülüb.
Prezident İlham Əliyev “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Primeinfo.az xəbər verir ki, qanuna əsasən, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır. Prezident İlham Əliyevin qanunun tətbiqi barədə imzaladığı Fərmanla “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”nə edilən dəyişikliklə Qoruğa müvafiq ərazidə yerləşən dövlət tərəfindən qorunan mədəni sərvətlərin, o cümlədən abidələrin başqa yerə köçürülməsinə, tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılmasına razılıq vermək səlahiyyəti də verilib.