Xəbər axtarın

Son axtarış nəticələri:

Тег: Şuşa

Şuşada olan abidələrlə bağlı QANUN

Şuşada olan abidələrlə bağlı QANUN

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq. Primeinfo.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna dəyişiklikdə əksini tapıb. Qanun layihəsi Şuşa şəhərində abidələrin qorunması ilə bağlı müddəanın dəqiqləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə” müvafiq qanunvericiliyə uyğunlaşdırılması məqsədi ilə hazırlanıb.

ADSEA: "Şuşada 30 istehlakçı və 535 abonentə xidmət göstərilir"

ADSEA: "Şuşada 30 istehlakçı və 535 abonentə xidmət göstərilir"

Şuşa şəhərinin su təminatı Kiçik Kirs dağında və Zarıslı olan su mənbəyindən şəhərə qədər olan D325 mm L=9.3 km polad, D225mm, L=12 km magistral su kəməri vasitəsilə edilib. Bu barədə Primeinfo.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib. Qeyd edilib ki, şəhər ərazisində 2x400m3, 2x1000m3 su anbarları və 34.5 km su şəbəkəsi və 27.5 kmkanalizasiya şəbəkəsi istismar olunur.

Şuşanın Böyük Qaladərəsi kəndində 17 fərdi ev bərpa olunub - FOTO

Şuşanın Böyük Qaladərəsi kəndində 17 fərdi ev bərpa olunub - FOTO

Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələdə 17 ev bərpa edilib. Primeinf.az “Report”a istinadən xəbər verir ki, bunu Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəliyinin aparıcı məsləhətçisi İsmayıl İsmayılov deyib. O, 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş kəndin 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı azad olunduğunu bildirib.